Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
26 Jun
Ünvan
Azure Plaza

Ümumi məlumat

#Veysəloğlu Şirkətlər Qrupu #Büdcə, Planlama və Xərc Nəzarəti üzrə mütəxəssis #vakansiyasını elan edir.




Öhdəliklər

Vəzifə öhdəlikləri:


-       Strateji Büdcə Planlaması

-       Layihələrin maliyyə planlarını layihə rəhbərləri, mühəndislər və təchizat komandası ilə koordinasiyada hazırlamaq;

-       Qısa və uzunmüddətli proqnozlar əsasında illik və dövri büdcələrin hazırlanması;

-       Layihənin həcminə və mərhələlərinə uyğun olaraq büdcənin bölüşdürülməsi və resurs planlamasının qurulması.

-       Büdcəyə və Xərclərə Real Zamanlı Nəzarət

-       Faktiki xərclərin büdcə ilə müqayisəsini aparmaq və büdcədən kənara çıxmaları analiz etmək;

-       Həftəlik və aylıq maliyyə hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək;

-       Planlaşdırılmış və faktiki göstəricilər arasındakı fərqləri təhlil edərək riskləri vaxtında müəyyən etmək və tədbir görmək.

-       Xərc Analizi və Effektivlik Təhlili

-       Layihə xərclərinin kateqoriya üzrə (material, əmək, texnika və s.) analizini aparmaq;

-       İsrafçılığın qarşısını almaq məqsədi ilə effektivlik göstəricilərini qiymətləndirmək və təkmilləşdirmə tövsiyələri vermək;

-       Alternativ həll yolları təklif edərək maliyyə baxımından daha səmərəli seçimlər hazırlamaq.

-       Rəhbərlik Üçün Maliyyə Hesabatlarının Hazırlanması

-       CFO, Maliyyə Meneceri və Layihə Menecerləri üçün layihə üzrə detallı xərclər, gəlirlər və maliyyə icrası haqqında təqdimatlar hazırlamaq;

-       Büdcə icrası, gözlənilən dəyişikliklər və potensial risklərlə bağlı ssenarilər üzrə hesabatlar vermək.

-       Sistemlərin və Proseslərin Təkmilləşdirilməsi

-       ERP və ya digər maliyyə idarəetmə sistemlərində büdcə və xərclərlə bağlı proseslərin optimizasiyası;

-       Daxili nəzarət və audit üçün izlənilə bilən struktur yaratmaq və hesabatlılığı artırmaq;

-       Maliyyə planlama alətlərinin tətbiqi və komandada onların istifadəsinin təşviq olunması.



Tələblər

 -      Tələblər:


           Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Biznesin İdarəolunması və ya Mühəndislik sahələrindən birində bakalavr dərəcəsi (müvafiq sahədə magistr dərəcəsi üstünlükdür).

İş Təcrübəsi       

-       Büdcə planlaması, xərc nəzarəti və ya maliyyə təhlili sahəsində ən azı 3 il iş təcrübəsi (xüsusilə tikinti, infrastruktur və ya iri həcmli layihələrdə təcrübə üstünlükdür);

-       Layihə əsaslı mühitdə (CAPEX/OPEX əsaslı) maliyyə nəzarəti ilə bağlı real təcrübə.

-       Peşəkar Bacarıqlar       

-       Büdcə və xərclərin planlaması, izlənməsi və hesabatlandırılması üzrə biliklər;

-       Müxtəlif layihə mərhələlərində maliyyə risklərini analiz edə bilmək bacarığı;

-       Əla analitik düşüncə və rəqəmsal təhlil bacarığı;

-       Səmərəli xərc idarəetməsi və optimizasiya imkanlarını müəyyənləşdirmək qabiliyyəti.

Texniki Bacarıqlar          

-       MS Excel – qabaqcıl səviyyədə (pivot, lookup, formula və makrolar ilə işləmə);

-       ERP sistemlərində (Logo, SAP, Oracle və ya bənzər) işləmə təcrübəsi;

-       Maliyyə hesabat proqramlarında və BI alətlərində (Power BI, Tableau və s.) baza biliklər.

Dil Bilikləri        

-       Azərbaycan dili – səlis;

-       İngilis dili – orta və ya yuxarı səviyyədə (xarici tərəfdaşlarla yazışma və hesabat üçün);


Şəxsi Keyfiyyətlər           

-       Diqqətli, məsuliyyətli və detallara önəm verən;

-       Komanda ilə işləmə və eyni anda bir neçə layihəni idarə etmə bacarığı;

-       Təşəbbüskar, nəticə yönümlü və vaxtında hesabat verməyə meyilli;

-       Yüklənmə və dəyişkən şəraitdə təzyiq altında işləyə bilmək bacarığı.

 

Üstünlük Sayılan Sertifikatlar

-       Maliyyə və Büdcə İdarəçiliyi üzrə Sertifikatlar

-       CMA – Certified Management Accountant-mütləq üstünlük

-       ACCA – Association of Chartered Certified Accountants (xüsusilə F2, F5, F9 modulları)-mütləq üstünlük

-       DipIFR – Diploma in International Financial Reporting (ACCA)-dəstək rolu

-       PMP – Project Management Professional (PMI)-əsas bacarıq

-       Excel expert-(Büdcə modellərinin qurulması, dashboard-ların hazırlanması, analiz üçün lazımdır)



Bənzər vakansiyalar