Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
14 Aug
Ünvan
Azure Plaza

Ümumi məlumat

#Veysəloğlu Şirkətlər Qrupu #Maliyyə Meneceri #vakansiyasını elan edir.



Öhdəliklər

Qrup şirkətlərinin maliyyə hesabatlarının etibarlılığının yoxlanılması üçün maliyyə nəzarət mexanizmlərinə riayət edildiyinə əmin olmaq

Maliyyə nəzarəti nəticələri əsasında Müşahidə Şurasına və İdarə Heyətinə təqdim ediləcək periodik hesabatların hazırlanması

Uçot və maliyyə nəzarətinin düzgün təşkili üçün müvafiq siyasət və prosedurların, yanaşmaların əsas prinsiplərinin tətbiq edilməsini təmin etmək və təkmilləşdirmək

Uçotun və hesabatlılığın Qrup şirkətləri tərəfindən vaxtında siyasət və prosedurlara uyğun təşkilinə dəstək və nəzarətin təmin edilməsi

Qrup şirkətlərin illik maliyyə hesabatlarının xarici audit prosesinə effektiv idarə edilməsi və şirkət maliyyə komandasına dəstəyin verilməsi

İllik büdcə prosesinin maliyyə analizləri istiqamətində dəstəyin verilməsi

Səhmdarlar və Müşahidə Şurası tərəfindən tələb edilən digər maliyyə hesabatlarının vaxtında hazırlanması

İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək


Tələblər

Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;

Maliyyə nəzarəti, maliyyə hesabatlılıq və ya əlaqəli sahələr üzrə 4-5 il iş təcrübəsi

Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;    

Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri və praktiki biliklər;

Azərbaycan və İngilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür)

Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);

SAP proqramında sərbəst işləmək bacarığı üstünlükdür

ACCA üzrə sertifikatların olması üstünlükdür.

Big4 şirkətlərində təcrübə üstünlükdür


Bənzər vakansiyalar