Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
30 Jul
Ünvan
Azure Plaza

Ümumi məlumat

#Veysəloğlu Şirkətlər Qrupu #Büdcə və mühasibat uçotu üzrə Aparıcı Mütəxəssis Mühəndisi #vakansiyasını elan edir.


Öhdəliklər

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçotda əks etdirilməsini təmin etmək.
  • Aylıq xərclərin uçotunu aparmaq, ay bağlanışı prosesini icra etmək və xərc analizi hesabatlarını hazırlamaq.
  • Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Şirkətin pul vəsaitlərinin qalıqları haqqında məlumatları hazırlamaq və təqdim etmək.
  • Ödənişlərin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək.
  • Rəsmi (Vergi, Statistik, DSMF və digər aidiyyəti qurumlar) hesabatlarını hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.
  • Üzləşmələri aparmaq və uyğunsuzluqları araşdırmaq.
  • Büdcənin hazırlanması prosesində iştirak etmək, büdcənin icrasına və büdcə limitlərinə nəzarəti həyata keçirmək, büdcə-fakt analizlərini hazırlamaq və kənarlaşmaların səbəblərini araşdırmaq.
  • İş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Büdcələmə, maliyyə hesabatlılığı və ya idarəetmə uçotu sahəsində minimum 3-5 il, rəhbər və ya aparıcı vəzifədə minimum 1-2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə praktiki təcrübə;
  • Analitik düşüncə, məlumatların təhlili, problem həll etmə və operativ qərarvermə bacarığı;
  • MS Excel (Advanced), ERP sistemləri üzrə yüksək səviyyədə bilik;
  • Yüksək məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
  • PMS  sertifikatı arzuolunandır;


Bənzər vakansiyalar

Azure Biznes Mərkəzi
31 Jul

#Veysəloğlu Şirkətlər Qrupu #Aparıcı Mühasib Mühəndisi #vakansiyasını elan edir.


Azure Plaza
30 Sep

#Veysəloğlu Şirkətlər Qrupu #BMHS(İFRS) və Maliyyə Nəzrəti Şöbə Müdiri #vakansiyasını elan edir.