Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
16 AugÜnvan
Azure PlazaÜmumi məlumat
#Veysəloğlu Şirkətlər Qrupu #Təhqiqat üzrə analitik #vakansiyasını elan edir.
Öhdəliklər
Vəzifə öhdəlikləri:
- Dələduzluq, korrupsiya, fırıldaqçılıq və digər neqativ hallarının, tendensiyaların müəyyən etmək üçün verilənlər bazasının təhlil edilməsi, analitik işlərin aparılması;
- Şübhəli halların araşdırılması və müvafiq tədbirlərin tövsiyə edilməsi;
- Şübhəli halların aşkarlanması üçün istifadə edilən mövcud məlumat təhlilinin avtomatlaşdırması
- Təqdim edilmiş tələblərə və icra standartlarına uyğun məlumatların vizualizasiyasını və optimallaşdırılmasını təmin etmək
- Bütün növ korrupsiya, dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodlar işləyib hazırlamaq
- Vəzifə funksiyalarını vaxtında, qərəzsiz və dəqiq icra etmək, ölkə qanunvericiliyinə, eyni zamanda Cəmiyyətin normativ-hüquqi aktlarına, korporativ prosedur və qaydalarına əməl etmək
- Strukturun iş fəaliyyəti ilə əlaqədar dövri olaraq hazırlanmış müvafiq icmal hesabatları və təklifləri hazırlamaq
- Zərurət yarandıqda daxili təhqiqat prosesləri zamanı Cəmiyyətə daxil olan digər struktur bölmələri ilə koordinasiyalı iş təşkil etmək
- Daxil olan korrupsiya və dələduzluq faktları ilə bağlı (və ya şübhəli hallar yarandıqda), rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar aparmaq
- Korrupsiya, dələduzluq və fırıldaqçılıq faktları ilə bağlı informasiyanı vaxtında və düzgün şəkildə məlumat bazasına işləmək
- Fraud faktları ilə bağlı məlumatların statistikasını aparmaq, qiymətləndirmək, təhlil etmək, antifraud tədbirləri barədə hesabat hazırlamaq və saxtakarlıq səviyyəsinin azaldılması üçün yeni layihə və təklifləri üst rəhbərə təqdim etmək
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
Tələblər
Tələblər:
- İqtisadiyyat sahəsində və ya uyğun digər sahələr üzrə ali təhsil
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Microsoft Office, Excel, SQL, Python,Power BI, (Tableau arzuolunandır)
- Mənimsəmə və saxtakarlığın idarəedilməsi üzrə biliklər;
- Dəqiqlilik və detallara fikir vermə, yüksək analitik təhlil və problem həll etmə qabiliyyəti;
- Güclü araşdırma bacarığı;
- Yüksək şifahi və yazılı Azərbaycan dili biliyi (İngilis dili biliyi arzuolunandır).