Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
19 JulÜnvan
Azure PlazaÜmumi məlumat
#Veysəloğlu Şirkətlər Qrupu #Aparıcı mühasib #vakansiyasını elan edir.
Öhdəliklər
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə fəaliyyətinin və mühasibat uçotunun AR qanunvericiliyinə və daxili siyasətlərə uyğun təşkili.
- Gündəlik maliyyə əməliyyatlarının uçot sistemində düzgün və vaxtında əks etdirilməsinə nəzarət.
- Vergi, DSMF və digər dövlət hesabatlarının hazırlanması və təqdim olunması.
- Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və rəhbərliyə təqdim olunması.
- Gündəlik ödəniş tapşırıqlarının hazırlanması və izlənməsi.
- Elektron qaimələrin tərtibi və müvafiq sistemlərdə idarə olunması.
- Əmək haqqı, məzuniyyət və kompensasiya hesablamalarının icrası.
- Əsas vəsaitlər, amortizasiya, debitor və kreditorların uçotu.
- Bank əməliyyatlarına və nağd vəsait hərəkətlərinə nəzarət.
- Mühasibatlığa aid bütün digər əməliyyatlar
- İl sonu maliyyə bağlanış proseslərinə rəhbərlik.
- Audit yoxlamaları üçün lazımi sənədlərin və izahatların hazırlanması.
- Maliyyə siyasətlərinin və prosedurlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi.
- Mühasibat komandasının rəhbərliyi və inkişaf etdirilməsi.
- Vergi planlaması və risklərin idarə olunmasına dair təkliflərin hazırlanması
Tələblər
Tələblər:
- AR vergi və mühasibat qanunvericiliyi üzrə dərin biliklər.
- Əmlak (daşımaz əmlak) sahəsində uçot spesifikasiyası barədə təcrübə.
- Mühasibat proqramlarında (1C, Logo, SAP və s.) işləmək bacarığı.
- Güclü analitik düşüncə, problem həlletmə və komanda idarəetməsi bacarığı.
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibatlıq üzrə).
- PMC (Professional Accounting Certificate) – mütləqdir.
- ACCA və ya digər beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür.