Şəhər
Bakı Abşeron
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
21 Jun
Ünvan
Azure Plaza

Ümumi məlumat

#Veysəloğlu Şirkətlər Qrupu #Korporativ kommunikasiya üzrə mütəxəssis #vakansiyasını elan edir.


Öhdəliklər

Vəzifə öhdəlikləri:

-        Şirkətin ictimai imicinin formalaşdırılması və müsbət ictimaiyyət rəyi yaradılması üzrə kommunikasiya strategiyası üzrə tədbirlər planının hazırlanması və icrası

-        Şirkətin dəyərlərini əks etdirən yaradıcı və məqsədyönlü məzmun strategiyasının hazırlanması və həyata keçirilməsi (storytelling yanaşması ilə)

-        Rəhbərlik üçün çıxış mətnlərinin, təqdimatların, danışıq ssenarilərinin və əsas mesajların hazırlanması

-        Şirkət daxilində baş verən əhəmiyyətli hadisələrin ictimaiyyətə təqdim olunması üçün informasiya və vizual material paketlərinin hazırlanması

-        Sosial media platformaları üçün kontentin planlaşdırılması, hazırlanması, dizayn komandası ilə koordinasiyalı paylaşımı və performansının təhlili

-        Aylıq kontent planlarının və PR fəaliyyətlərinin hesabatlarının hazırlanması, təhlil və inkişaf təkliflərinin verilməsi ( bizneslərin fəaliyyətləri də nəzərə alınmaqla)

-        Şirkətin fəaliyyət sahəsi üzrə rəqib brendlərin və sektorun kommunikasiya fəaliyyətlərinin (PR, kontent, kampaniyalar) daimi monitorinqi və analiz olunması

-        İctimaiyyətə yönəlik aylıq bülletenlərin və xəbərlərin hazırlanması və paylaşımı üçün kommunikasiya formatlarının qurulması

-        Sosial layihələr, forumlar və daxili tədbirlər üçün kontent istehsalı, post-event (tədbir sonrası) materialların hazırlanması

-        Böhran vəziyyətlərində reputasiya idarəçiliyinə dəstək

-        Korporativ vebsayt, daxili kommunikasiya platformaları və sosial media üçün lokal və beynəlxalq dildə (azərbaycan, bəzi hallarda ingilis) mətnlər yazmaq və uyğunlaşdırmaq

-        Copywriting (sloqanlar, qısa video ssenarilər, infoqrafika mətni və s.) üzrə yaradıcı yanaşmaların tətbiqi



Tələblər


Tələblər:

-        Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahədə ali təhsil

-        PR, korporativ kommunikasiya və kontent menecment sahəsində ən azı 2-3 il iş təcrübəsi

-        Copywriting və redaktə bacarığı – müxtəlif formatda mətnləri səlis, kreativ və məqsədəuyğun yazmaq

-        Sosial media idarəçiliyi, kontent planlaşdırılması və performans göstəricilərinin təhlili üzrə biliklər

-        Analitik düşüncə, rəqəmsal alətlərin istifadəsi ilə rəqib və sektor monitorinqi aparmaq bacarığı

-        Aylıq hesabatlar, bülletenlər və kontent icmalları hazırlamaq bacarığı

-        Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; ingilis və xarici dil bilikləri üstünlükdür

-        Canva, Adobe Spark və digər vizual kontent hazırlama vasitələri ilə ilkin dizayn bacarığı

-        Komanda ilə işləmə, kreativ yanaşma, operativlik və təşəbbüskarlıq

-          SEO əsaslı məzmun hazırlamaq və rəqəmsal kontentin optimizasiyası üzrə biliklər

-          Korporativ kommunikasiya və brend strategiyası üzrə əsaslı anlayış

-          Təqdimat bacarığı, daxili maarifləndirmə kampaniyalarının hazırlanmasında iştirak təcrübəsi

-          Sektor üzrə media və kommunikasiya kampaniyalarına dair məlumatlılıq və təhlil təqdim etmək bacarığı


Bənzər vakansiyalar