Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
28 FebÜnvan
AzureÜmumi məlumat
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik.
Öhdəliklər
- Audit planında nəzərdə tutulmuş əməliyyat və maliyyə
auditlərinə rəhbərlik etmək, eyni zamanda 2 və daha artıq layihənin idarə edilməsi;
- Biznes proseslər üzrə risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, həmçinin
risklərin aradan qaldırılması üçün tətbiq olunmuş kontrol mexanizmlərinin
effektivliyinin və səmərəliliyinin qiymətləndirilməsi üçün audit
metodologiyasının müəyyən edilməsi;
- Audit yoxlamaları üçün əhatə dairəsinin və audit planının müəyyən edilməsi;
- Müəyyən edilmiş audit planına uyğun olaraq audit metodologiyalarının seçilməsi
və yoxlama istiqamətlərinin müəyyənləşdirilməsi;
- Layihə ərzində audit komandası üzvlərinin işinin yoxlanılması və problemli məsələlər
üzrə istiqamət verilməsi;
- Audit işinin təyin olunmuş vaxt çərçivəsində yekunlaşmasına nəzarət edilməsi;
- Audit hesabatlarının hazırlanması, birbaşa rəhbərə və audit olunan şirkət rəhbərliyinə
təqdimatı;
- Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi;
- Audit nəticələrinin audit olunmuş obyektlər və subyektlər tərəfindən
icrasının təqibi üçün monitorinqlərin həyata keçirilməsi;
- Komanda üzvlərinin bilik və bacarıqlarının artırılması üçün təlimlərin
keçirilməsi.
Tələblər
- Mühasibatlıq və maliyyə üzrə bakalavr və ya magistr təhsili;
- Ünsiyyət, vaxtın idarə edilməsi və təşkilati bacarıqlar;
- Audit sahəsi üzrə minimum 4 il iş təcrübəsi (Big4 şirkətlərində təcrübə
arzuolunandır);
- İFRS və beynəlxalq audit standardları üzrə biliklər;
- ACCA, CİA üzrə sertifikatlar;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti (İngilis və rus dilləri
üzrə müvafiq biliklər arzuolunandır).