Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
30 Nov
Ünvan
Azure

Ümumi məlumat

#Veysəloğlu Şirkətlər Qrupu #Biznes Analitikı #vakansiyasını elan edir.


Öhdəliklər

1. Biznes tələblərinin toplanması və təhlili: Şirkətin iş prosesləri və tələblərini anlamaq, sistemin inkişafı üçün biznes tələblərini toplamaq.

2. Tələblərin sənədləşdirilməsi: Biznes tələblərinin texniki tələblərə çevrilməsi, detallı spesifikasiyaların hazırlanması.

3. Sistem analizi və dizaynı: Mövcud sistemlərin təhlili, yeni sistem dizaynı və tətbiq olunacaq həll yollarının təklif edilməsi.

4. Komanda ilə əməkdaşlıq: Proqramçılar, layihə menecerləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək.

5. Test proseslərinə dəstək olunması: Yeni həllərin və sistemlərin test edilməsi üçün ssenarilərin hazırlanmasına və test proseslərinə dəstək.

6. Layihə idarəetməsi dəstəyi: Layihə müddətində irəliləyişin izlənilməsi, risklərin və problemlərin həlli üçün dəstək vermək.

7. Biznes ilə kommunikasiya: Bizneslə əlaqə quraraq onların tələblərini və gözləntilərini müəyyənləşdirmək və müvafiq həll yolları təklif etmək.



Tələblər

- Təhsil: Kompüter elmləri, İnformasiya Texnologiyaları, Biznes Administrasiyası və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi.

- Təcrübə: IT Biznes Analist vəzifəsində ən azı 2+ il iş təcrübəsi.

- Analitik bacarıqlar: Məlumatların analiz edilməsi, proseslərin optimallaşdırılması və sistemlərin işləmə mexanizmlərinin dərin təhlil bacarığı.

- Proses modelləşdirilməsi: BPMN, UML kimi modelləşdirmə texnologiyaları üzrə biliklər (arzuolunandır).

- Proqram təminatı bilikləri: Agile, Scrum və ya digər metodologiyalarla layihə idarəetmə alətləri ilə tanışlıq.

- Texniki biliklər: SQL, API-lərlə işləmə təcrübəsi, ERP və CRM sistemləri barədə biliklər.

- Kommunikasiya bacarıqları: Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları, biznes tərəflər və texniki komandalar arasında vasitəçilik etmək.

- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlük təşkil edir.

 

Şəxsi keyfiyyətlər:

- Problemlərin həll olunmasında kreativ yanaşma.

- Komandada işləmək bacarığı.

- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.

 

Təkliflər:

- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.

- Təlim və sertifikat proqramlarına dəstək.

- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.



Bənzər vakansiyalar

Azure
30 Nov

#Veysəloğlu Şirkətlər Qrupu #UI/UX Dizayner #vakansiyasını elan edir.


Azure
26 Nov

#Veysəloğlu Şirkətlər Qrupu #Mobil Proqramçı #vakansiyasını elan edir.


Azure
30 Nov

#Veysəloğlu Şirkətlər Qrupu #Senior Software Developer (Backend)  #vakansiyasını elan edir.

    


Azure
30 Nov

#Veysəloğlu Şirkətlər Qrupu #Software Developer (Backend)  #vakansiyasını elan edir.