Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
30 NovÜnvan
AzureÖhdəliklər
Vəzifə öhdəlikləri:
- Veb və mobil tətbiqlərin istifadəçi interfeyslərinin (UI) və istifadəçi təcrübəsinin (UX) dizayn edilməsi.
- İstifadəçi ehtiyaclarını və davranışlarını araşdıraraq istifadəçi mərkəzli dizayn həlləri yaratmaq.
- Prototiplər, wireframlar və mockuplar hazırlamaq.
- Mövcud məhsulların istifadəçi təcrübəsini təhlil edərək təkmilləşdirilməsi.
- UX araşdırmaları, istifadəçi sınaqları və analizləri vasitəsilə məhsulun optimallaşdırılması.
- Komanda ilə əməkdaşlıq edərək, dizayn konsepsiyalarını texniki mütəxəssislərə ötürmək.
Tələblər
Texniki Bacarıqlar:
- Sketch, Figma, Adobe XD, Adobe Illustrator, Adobe Photoshop kimi dizayn alətlərində iş təcrübəsi.
- Wireframe və prototip hazırlama bacarığı (Figma, Sketch və s.).
- UI/UX dizayn prinsiplərini, responsiv dizayn və adaptiv interfeysləri yaxşı bilmək.
- İstifadəçi tədqiqatı aparmaq, istifadəçi testləri keçirmək və nəticələrə əsasən dizaynı təkmilləşdirmək bacarığı.
- HTML/CSS üzrə biliklər (dizaynın texniki imkanlarla uyğunluğunu təmin etmək üçün).
- İkonalar, illüstrasiyalar, şriftlər və vizual elementlərin yaradılması üzrə təcrübə.
Ümumi Bacarıqlar:
- Minimum 2+ illik UI/UX dizayn sahəsində iş təcrübəsi.
- Dizayn prosesinə yanaşma: problem müəyyən etmək, araşdırma aparmaq, prototiplər hazırlamaq və təkmilləşdirmək.
- Yaradıcı düşüncə və istifadəçi yönümlü yanaşma.
- Güclü ünsiyyət bacarığı, ideyaları və dizayn həllərini izah etmək qabiliyyəti.
- Detallara diqqət və müştəri ehtiyaclarını anlama qabiliyyəti.
Əlavə Üstünlüklər:
- Agile və ya Scrum metodologiyaları üzrə təcrübə.
- Dizayn sistemləri və komponent əsaslı dizayn üzrə təcrübə.
- UX yazıları və məlumat strukturlarının yaradılması təcrübəsi.
Bənzər vakansiyalar
Sistem İnzibatçısı
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik.