Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
30 Jan
Ünvan
Azure Plaza

Ümumi məlumat

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik.


Öhdəliklər

-     Audit layihəsinin icrasında birbaşa məsul şəxs qismində fəaliyyət göstərmək.
-      Audit subyektində maliyyə və əməliyyat risklərini, o cümlədən fırıldaqçılıq riskini qiymətləndirmək.
-      Audit layihəsinin əhatə dairəsini, audit proqramının hazırlanmasını və xətti rəhbərlə razılaşdırmaq.
-      Audit müşahidələrinin, risk göstəricilərinin, tövsiyyələrin təqdim olunduğu ilkin audit hesabatını hazırlamaq.
-      Tabeçiliyində olan daxili auditorlar tərəfindən həyata keçirilən işləri dövri olaraq yoxlamaq
-      Tabeçiliyində olan daxili auditorların fəaliyyətinin qiymətləndirilməsi və onların iş və bacarıqlarının təkmilləşdirilməsi üçün tövsiyyələr vermək
-      Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək
-      Nəzarət sistemlərində olan boşluqları müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək
-      Maliyyə hesabatlarının qəbul olunmuş standartlara və/və ya Qrupun uçot/hesabatlılıq qaydalarına uyğun hazırlanmasını yoxlamaq
-      Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək
-      Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək
-      Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək üzrə profilaktik və gündəlik işləri icra etmək.


Tələblər

- Ali iqtisadi təhsil;
- Daxili və ya xarici audit, pərakəndə satış və istehsalat sektorlarında 3 il maliyyə, mühasibatlıq, büdcə  və hesabatlılıq təcrübəsi;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;    
- Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.


Bənzər vakansiyalar

Azure
28 Feb

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun #dinamik iş mühitində #perspektivli iş təklif edirik.