Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
13 DecÜnvan
Azur PlazaÜmumi məlumat
#Veysəloğlu Şirkətlər Qrupu # İT xidmətlərin idarəedilməsi
şöbə müdiri #vakansiyasını elan edir.
Öhdəliklər
- Şöbə əməkdaşlarına metodoloji köməklik göstərmək- Şöbə əməkdaşlarına verilən tapşırıqları yerinə yetirmək üçün iş bölgüsünü aparmaq
- Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya etmək
- Şirkətdə İT layihələrin həyata keçirilməsində iştirak etmək
- Zəng mərkəzi operatorlarının iş yükünün bölüşdürülməsinə nəzarət etmək
- Proqram təminatlarında yaranmış sistem xətalarının səbəblərinin araşdırılması və aradan qaldırılması işini təşkil etmək
- Proqram təminatına funksional tələblərin formalaşdırılmasını təşkil etmək
- İstifadəyə uyğun mövcud həllər və texnologiyaların təhlilini həyata keçirmək
- Proseslərin effektivliyini ölçmək üçün zəruri tədbirləri təklif etmək
- Xidməti sorğuların düzgün yönləndirilməsinə nəzarət etmək
- İT fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə iş proseslərindəki yenilikləri diqqətdə saxlamaq
- Şöbəyə yönləndirilən müraciətlər əsasında İT xidmətlər kataloqunun təkmilləşməsini təmin etmək
- Şirkətin Zəng Mərkəzinə daxil olan xidmət sorğularının həll və ya düzgün koordinasiya olunmasına nəzarət etmək
- Şöbə əməkdaşları tərəfindən icra olunan proseslərdə qeydiyyatlılığın təmin olunmasına nəzarət etmək
- Şöbə fəaliyyətinin hesabatlılığını təmin etmək
- Şöbəyə daxil olan fövqəladə insidentlərin Texniki Əməliyyatlar Qrupu ilə əməkdaşlıq edərək həlli yolunu araşdırmaq, tapılan həll yolunun testləşdirilməsini təşkil etmək, uğurlu test nəticələrinin tətbiq edilməsinə nəzarət etmək
- Şöbənin iş axışının şirkətin qəbul edilmiş standart, qayda və prosedurlarına uyğun təşkilini təmin etmək
- Şöbə əməkdaşlarının vəzifə təlimatına əsasən funksiyalarının icrasına nəzarət etmək
- Şöbə əməkdaşlarının təlimini, maarifləndirilməsini və peşəkarlıqlarının artırılmasını təşkil etmək
Tələblər
- 3 ilə qədər rəhbər vəzifədə iş təcrübəsi;- Sorğu sistemləri ilə yüksək səviyyədə işləmək və konfiqurasiya etmək bacarığı
- Çağrı mərkəzi sistemlərinin qurluşu və işin əsasları haqqında bilik
- Əməliyyat sistemləri, proqram təminatları, şəbəkə texnologiyaları üzrə anlayışlar
- Beynəlxalq İT standartları üzrə biliklər (ITIL v4, ITSM və s.)
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Yüksək səviyyədə ingilis dili biliyi, rus dili arzuolunandır
- Strateji düşünmə və analitik təhlil bacarığı
- Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri
- Problemi həlletmə bacarığı