Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
05 Sep
Ünvan
Bakı şəhəri, Azure Biznes Mərkəzi

Ümumi məlumat

#Veysəloğlu Şirkətlər Qrupu #Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis #vakansiyasını elan edir.


Öhdəliklər

  • Şirkətin daxili və xarici kommunikasiya strategiyasına uyğun olaraq korporativ kommunikasiya kanallarının fəaliyyətini və aylıq kontent planlarını hazırlamaq, icrasını koordinasiya etmək;
  • Müxtəlif kommunikasiya kanallarının xüsusiyyətlərinə və hədəf auditoriyasına uyğun yaradıcı mətn, vizual və qısa video məzmunlar hazırlamaq;
  • Korporativ elanlar, məlumatlandırıcı materiallar, kampaniyalar və xüsusi günlər üçün vizual konsepsiyalar hazırlamaq;
  • Animasiya, infoqrafika, dinamik təqdimat, video keçidlər, titrlər və digər motion dizayn materialları hazırlamaq;
  • Qısa videoların montajını həyata keçirmək, rəng və səs korreksiyası aparmaq, subtitr və qrafik elementlər əlavə etmək;
  • Korporativ tədbirlər, daxili layihələr və kommunikasiya kampaniyaları üçün yaradıcı konsepsiyalar formalaşdırmaq, bu konsepsiyalara uyğun rəqəmsal və çap vizualları hazırlamaq;
  • Broşür, buklet, kataloq, poster, banner, roll-up, təqdimat, dəvət kartı, sertifikat, məlumat lövhəsi və digər promo materialların dizaynını hazırlamaq;
  • Çap materiallarını texniki tələblərə uyğun istehsala hazırlamaq, onların rəng, ölçü, format və keyfiyyət göstəricilərini yoxlamaq;
  • Bütün vizual materiallarda brend kitabçasının tələblərinə, o cümlədən loqo, korporativ rəng, tipoqrafiya, foto və illüstrasiya üslubuna uyğunluğu təmin etmək;
  • Çap evləri, istehsalçılar və digər tərəfdaşlarla texniki məsələləri koordinasiya etmək, hazır məhsulun təsdiqlənmiş dizayna və brend kitabçasına uyğunluğunu yoxlamaq;
  • Hazırlanmış vizual materialların işlək (master) və yekun fayllarını sistemli şəkildə arxivləşdirmək;
  • Kommunikasiya materiallarının effektivliyini izləmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Müasir qrafik və motion dizayn, video və rəqəmsal kommunikasiya trendlərini izləyərək innovativ həllər təklif etmək;
  • Süni intellekt (AI) alətlərindən istifadə etməklə kommunikasiya materiallarının hazırlanması prosesini optimallaşdırmaq və yaradıcı həllər təqdim etmək.


Tələblər

  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Korporativ mühitdə iş təcrübəsi;
  • Adobe Photoshop, Illustrator, After Effects və Premiere Pro proqramlarında sərbəst işləmək bacarığı;
  • Süni intellekt (AI) əsaslı dizayn və video alətlərindən istifadə bacarığı;
  • Çap materialları və onların istehsal prosesinin texniki tələbləri barədə biliklər;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Yüksək iş tempinə və dinamik mühitə uyğunlaşmaq bacarığı;
  • Operativlik, stressədavamlılıq və vaxtı düzgün idarə etmək bacarığı;
  • Yaradıcı düşüncə, yüksək vizual zövq və detallara diqqət;
  • Komandada işləmək və paralel tapşırıqları idarə etmək bacarığı.


Bənzər vakansiyalar