Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
26 AprÜnvan
Azure PlazaÜmumi məlumat
#Veysəloğlu Şirkətlər Qrupu #Mətbuatla əlaqələr və Sosial media üzrə mütəxəssis #vakansiyasını elan edir.
Öhdəliklər
- Şirkətin fəaliyyəti,
yenilikləri və mühüm xəbərləri ilə bağlı press-relizlərin tərəfdaş media
qurumları ilə paylaşılmasını təmin etmək;
- Media qurumları və jurnalistlərlə əməkdaşlıq çərçivəsində bütün görüşlərin
təşkilini həyata keçirmək;
- Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və reklam büdcəsinin idarə
olunması;
- Bizneslərin marketinq və PR komandaları ilə daxili və xarici kommunikasiyanın
idarə olunması;
- Şirkətin rəsmi sosial media hesablarının (Facebook, Instagram, LinkedIn,
YouTube) idarə edilməsi və inkişaf etdirilməsi;
- Korporativ veb-saytın admin panelinin idarə edilməsi və məlumatların mütəmadi
yenilənməsi.
- Tədbirlər, rəsmi görüşlər və xüsusi günlər üçün foto/video çəkilişlərin
texniki tapşırıqlarını (brief) hazırlamaq;
- Media tərəfdaşları ilə müqavilə proseslərini idarə etmək, ödəniş şərtlərinə
uyğun aylıq ödəniş planlarını hazırlamaq;
- Tərəfdaşlardan təhvil-təslim aktlarının alınması və sənədlərin (hesab-faktura
və s.) vaxtında maliyyə şöbəsinə təqdim edilməsi;
Tələblər
- Jurnalistika,
İctimaiyyətlə əlaqələr (PR), Marketinq və ya Filologiya sahəsində ali təhsil.
- PR və ya SMM sahəsində minimum 1-2 il iş təcrübəsi.
- Azərbaycan dilində mükəmməl yazı və nitq qabiliyyəti (Rus və İngilis dili
bilikləri arzuolunandır).
- Güclü təqdimat bacarığı və stresə davamlılıq.
- Yüksək səviyyədə korporativ yazışma və təqdimat bacarığı