Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
06 AprÜnvan
Azure PlazaÜmumi məlumat
#Veysəloğlu Şirkətlər Qrupu #Təchizat üzrə mütəxəssis #vakansiyasını elan edir.
Öhdəliklər
- Daxil olan satınalma tələblərindəki məlumatların dolğunluğunu yoxlamaq, qeyri-müəyyənlikləri aradan qaldırmaq və daxili sifarişçilərlə koordinasiya qurmaq;
- Tender iştirakçılarının peşəkar uyğunluğunu yoxlamaq, Əsas Şərtlər Toplusunu hazırlayaraq tender elan etmək və təklif zərflərini toplamaq;
- Tender komissiyasının iştirakı ilə zərflərin açılışını və iclaslarını təşkil etmək, müvafiq protokolları hazırlamaq;
- Öncədən təyin edilmiş meyarlar əsasında təkliflərin müqayisə cədvəlini hazırlamaq, uyğun təklifi komissiyaya tövsiyə etmək və təsdiqini almaq;
- Potensial tədarükçüləri araşdırmaq, onlarla danışıqlar aparmaq, endirim sorğuları göndərmək və qalib namizədlərin istehsalat/anbar sahələrinə ziyarətlər etmək;
- Təsdiq edilmiş təklif üzrə satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və malların təyin olunmuş ünvana vaxtında çatdırılmasını təqib etmək;
- Anbara çatdırılan sifarişlərdə uyğunsuzluq olarsa, tədarükçü ilə problemi həll etmək və təchiz olunan malların keyfiyyət analizini aparmaq;
- Satınalma sifarişi, çatdırılma və hesablaşma sənədlərinin doğruluğunu yoxlamaq, müqavilələrin hazırlanmasını koordinasiya etmək və rəhbərliyə mütəmadi hesabatlar vermək;
- Sifariş yekunlaşdıqdan sonra tədarükçünün performansını dəyərləndirmək və gələcək əməkdaşlıq üçün sistemli analizlər aparmaq.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Menecment sahəsi üstünlükdür);
- Satınalma və ya təchizat zəncirinin idarə edilməsi sahəsində 1-2 il iş təcrübəsi;
- Bazar araşdırması aparmaq və qiymət dalğalanmalarını təhlil etmək bacarığı;
- Tədarükçülərlə effektiv ünsiyyət və güclü danışıqlar aparma qabiliyyəti;
- MS Office (xüsusilə Excel) proqramlarında peşəkar işləmək bacarığı;
- Analitik düşünmə, diqqətlilik və nəticəyönümlülük
Dil bilikləri -İngilis dili biliyi üstünlükdür