Şəhər
Bakı
Məşğulluq növü
Tam iş günü
Maaş
-
Son müraciət tarixi
31 Dec
Ünvan
Azure Plaza

Ümumi məlumat

#Veysəloğlu Şirkətlər Qrupu #Biznes və maliyyə analitiki #vakansiyasını elan edir.



Öhdəliklər

-  

-       Şirkətin illik və layihə əsaslı büdcələrinin hazırlanmasında iştirak etmək, struktur rəhbərləri ilə koordinasiyada büdcə proqnozlarını toplamaq və sistemə daxil etmək.

-       Faktiki maliyyə göstəricilərini büdcə ilə müqayisə edərək aylıq və rüblük analizlər aparmaq, sapmaların səbəblərini təhlil edərək rəhbərliyə izahlı hesabatlar təqdim etmək.

-       Layihə smetalarının tərtibində iştirak edərək həcmləri və xərcləri oxşar layihələrlə müqayisə etmək, uyğunsuzluqları araşdırmaq və əsaslandırılmış suallarla büdcənin real əsaslara söykənməsini təmin etmək.

-       Büdcə və smeta sənədlərinin tərtibi zamanı təqdim olunan məlumatlara əsaslanaraq smetaların reala uyğunluğunu qiymətləndirmək və irad bildirmək.

-       İnşaat prosesi başlandıqdan sonra layihə üzrə təsdiq edilmiş büdcə və smeta ilə faktiki xərclərin dövri müqayisəsini aparmaq və səmərəliliyi təhlil etmək.

-       CAPEX və OPEX üzrə planlaşdırılan və faktiki xərclərə nəzarət etmək, qənaət imkanlarını müəyyənləşdirmək.

-       Beynəlxalq maliyyə hesabat standartlarına (IFRS) və yerli qanunvericiliyə uyğun olaraq uçotun düzgün qurulmasını təmin etmək, müxabirləşmələrin və qeydiyyatların doğruluğunu yoxlamaq.

-       Mühasibat uçotu prosesində birbaşa iştirak etmək, uçot sistemində qeydiyyatların hesablar planına uyğunluğunu və analitik strukturların düzgün qurulmasını təmin etmək.

-       ERP və BI alətlərindən istifadə etməklə (Power BI və s.) rəhbərlik üçün vizual hesabatlar və interaktiv dashboard-lar hazırlamaq.

-       Audit və daxili nəzarət proseslərində iştirak etmək, tələb olunan məlumat və hesabatların vaxtında və dəqiq şəkildə təqdim olunmasını təmin etmək.



Tələblər

-      

-     

-       Ali təhsil – Maliyyə, İqtisadiyyat, Biznesin İdarə Olunması, Mühasibatlıq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi

-       Magistr dərəcəsi üstünlükdür, beynəlxalq peşəkar maliyyə təhsili (məs. ACCA üzrə minimum F3-F7 mərhələlər) üstünlükdür

-       2–3 il maliyyə təhlili, büdcə planlaması, biznes analitikası və ya maliyyə uçotu sahəsində təcrübə

-        Layihə əsaslı mühit və ya orta/böyük müəssisədə təcrübə üstünlükdür

-       Excel-də qabaqcıl səviyyə: VLOOKUP, SUMIFS, Pivot Table, Dashboard

-       PowerPoint ilə analitik təqdimat hazırlamaq bacarığı

-        Power BI və ya Google Data Studio (arzuolunandır, lakin şərt deyil)

-       SAP, Logo sistemlərində əsas anlayışlar

-       Büdcə planlaması və xərclərin təhlilini aparmaq

-       Gəlir və xərclər üzrə səmərəlilik (ROI, rentabellik) hesabatları hazırlamaq, layihə bazlı uçot qurmaq

-        Müxtəlif struktur bölmələrlə məlumat toplamaq və təqdimatlar hazırlamaq

-        İdarəçilər üçün izahlı və qərar dəstəkləyici sənədlər hazırlamaq

-       Mühasibat uçotunun düzgünlüyünə nəzarət etmək – beynəlxalq maliyyə standartlarına uyğunluq

-       Müxabirləşmələrin düzgün aparılmasını və hesablar planına uyğun qeydiyyatın təmin olunmasını izləmək

-       Maliyyə hesabatlarının ilkin təhlili və uçotla plan arasındakı fərqlərin təhlili

-       Azərbaycan dili – səlis

-        İngilis dili – hesabatları oxuma və başa düşmə səviyyəsində

-       Rus dili – üstünlükdür, lakin tələb olunmur

-       Analitik düşüncə və detallara diqqət

-        Məsuliyyətli və nəticə yönümlü yanaşma

-        Komanda ilə işləmə və kommunikasiya bacarığı

-        Paralel və çoxtapşırıqlı iş mühitində çevik fəaliyyət



Bənzər vakansiyalar