Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
14 NovÜnvan
Azure PlazaÜmumi məlumat
#Veysəloğlu Şirkətlər Qrupu #Layihə rəhbəri #vakansiyasını elan edir.
Öhdəliklər
- Layihə komandalarının formalaşdırılması, iş bölgüsünün optimal şəkildə tənzimlənməsi, komandaların performansının qiymətləndirilməsi, səmərəli daxili kommunikasiya və əməkdaşlıq mühitinin yaradılması;
- Tikinti işlərinin yerli və beynəlxalq keyfiyyət standartlarına, həmçinin əmək mühafizəsi və təhlükəsizlik tələblərinə tam uyğunluğunun təmin olunması və təşkili;
- Layihənin idarə edilməsi və strategiyasının təşkili, məqsəd, müddət, büdcə və keyfiyyət parametrlərinə riayət olunmasının təmin edilməsi;
- Planlaşdırma və resursların idarə edilməsi, detallı layihə planlarının, iş qrafiklərinin hazırlanması, resurs tələbatının müəyyənləşdirilməsi və onların effektiv istifadəsinin optimallaşdırılması; insan resursları, texniki resurslar və maliyyə vəsaitlərinin balanslaşdırılmasına rəhbərlik etmək;
- Layihə fəaliyyətinin gündəlik izlənilməsi və işlərin icra planına uyğunluğunun təhlili, performans göstəricilərinin monitorinqi;
- Sifarişçi, layihəçi, subpodratçı və digər maraqlı tərəflərlə əlaqələrin yüksək səviyyədə idarə olunması; layihə tələblərinin dəyişməsi hallarında sifarişçi ilə razılaşdırma işlərinin operativ şəkildə aparılmasının təşkili;
- Subpodratçıların cəlb olunması, iş həcmlərinin hesablanması və müəyyənləşdirilməsi, layihə tapşırıqlarının tikinti normativlərinə uyğun tərtib olunmasının təmin edilməsi;
- Subpodratçılarla müqavilələrin bağlanması, tender və müqavilə proseslərinə nəzarət edilməsi;
- Sifarişçi tələblərinə uyğun yeni dizayn çizgilərinin hazırlanması və yeni dizayna uyğun işlərin icrasının təşkil olunması;
- İşlərin tam və qüsursuz tamamlanmasının təmin edilməsi, yekun yoxlamaların aparılması, qüsur aktlarının hazırlanması və qüsurların aradan qaldırılmasının təşkili;
- Layihə risklərinin vaxtında aşkar olunması, qabaqlayıcı tədbirlərin görülməsi və operativ qərarvermə yolu ilə yaranan problemlərin həlli;
- Layihə üzrə istifadə olunacaq materialların təsdiq olunması və onların yerli tikinti normalarına uyğunluğunun təmin edilməsi;
- Layihə üzrə testlərin, təhvil-təslim proseslərinin təşkili və icrasına nəzarət edilməsi.
Tələblər
- Ali təhsil (inşaat mühəndisliyi ixtisası üstünlük təşkil edir).
- İnşaat layihələrinin idarə olunması sahəsində ən azı 5 il iş təcrübəsi.
- Yaş həddi: 30–50 yaş arası.
- Namizədin kişi olması üstünlükdür, lakin təcrübəli xanımların müraciəti də nəzərə alınacaq.
- Azərbaycan dilini yüksək səviyyədə bilmək; ingilis və rus dillərini bilmək arzuolunandır.
- Autocad və MS Office proqramlarında səlis işləmək bacarığı.