Şəhər
BakıMəşğulluq növü
Tam iş günüMaaş
-Son müraciət tarixi
30 OctÜnvan
Azure PlazaÜmumi məlumat
#Veysəloğlu Şirkətlər Qrupu #Direktor köməkçisi #vakansiyasını elan edir.
Öhdəliklər
- Direktorun iş qrafikinin hazırlanması və idarə olunması;
- Görüşlərin, iclasların və səfərlərin təşkili;
- Telefon zənglərinin, məktubların və elektron yazışmaların idarə olunması;
- Rəsmi sənədlərin vaxtında və düzgün hazırlanmasına nəzarət;
- İclas gündəliklərinin hazırlanması və yayılması;
- Qonaqların qarşılanması və görüşlər üçün müvafiq şəraitin yaradılması;
- Məlumatların düzgün və vaxtında ötürülməsi;
- Şirkətin daxili və xarici imicinə uyğun ünsiyyətin təmin edilməsi;
- Direktorun şəxsi və işgüzar məlumatlarının məxfiliyinin qorunması.
- Rəhbərin ezamiyyət və digər səfərləri ilə bağlı texniki (viza alınması, bilet, mehmanxanada otaq sifarişi və s.) məsələləri qabaqcadan həll edilməsi.
Tələblər
- Ali təhsil (əsasən idarəetmə, biznesin təşkili sahəsində);
- Ofis proqramlarını (MS Office, ESD və s.) yüksək səviyyədə bilmək;
- Rəsmi yazışma qaydalarını bilmək;
- Xarici dil bilikləri (ingilis dili (B2) və rus dili (A2));
- Oxşar vəzifədə və ya inzibati işlərdə ən azı 2-3 il təcrübə;
- Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Tapşırıqları prioritetləşdirmək və eyni anda bir neçə işi idarə etmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
- Operativ qərarvermə bacarığı.